Surah 110

An-Nasr

Kömək

3 ayə Mənbə

Surə haqqında

An-Nasr surəsi Quranın 110-ci surəsidir. Adının tərcümə mənası: “Kömək”.

110:1

إِذَا جَآءَ نَصْرُ ٱللَّهِ وَٱلْفَتْحُ

Itha jaa nasru Allahiwalfath

(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;

110:2

وَرَأَيْتَ ٱلنَّاسَ يَدْخُلُونَ فِى دِينِ ٱللَّهِ أَفْوَاجًا

Waraayta annasa yadkhuloonafee deeni Allahi afwaja

İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman

110:3

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَٱسْتَغْفِرْهُ ۚ إِنَّهُۥ كَانَ تَوَّابًۢا

Fasabbih bihamdi rabbika wastaghfirhuinnahu kana tawwaba

Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!